Zelenski dedi, ABŞ təkzib etdi

Zelenski dedi, ABŞ təkzib etdi<span class="qirmizi"></span>

ABŞ Ukraynaya hələ ki, NASAMS zenit-raket kompleksi verməyib.

Bu barədə Pentaqonun briqada generalı Patrik Rayder deyib.

“ABŞ Ukraynaya NASAMS verməmişik. İlk iki kompleksin yaxın 2 ayda veriləcəyini gözləyirik”, - deyə Rayder bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın verdiyi sistemlərin artıq Kiyevə çatdığını bildirmişdi.

Mənbə: axar.az