Rusiyanın xeyrinə casusluqda təqsirli bilinən macar deputata həbs verildi

Rusiyanın xeyrinə casusluqda təqsirli bilinən macar deputata həbs verildi<span class="qirmizi"></span>

Macarıstanda məhkəmə keçmiş Avropa Parlamentinin (AP) deputatı Bela Kovaç "Avropa İttifaqı (Aİ) qurumları əleyhinə casusluq, Aİ büdcəsinə zərər vurmaq və saxta sənədlər hazırlamaq" ittihamı ilə 5 il həbs və 10 il ictimai işlərə məhkum edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iclasda iştirak etməyən Kovaç ən erkən cəzasının 2/3-ni tamamladıqdan sonra azadlığa buraxılacaq.

Qeyd edək ki, Kovaçın 2012-2014-cü illər arasında Rusiya xüsusi xidmət orqanlarının adından işləyən şəxslərə Aİ əleyhinə məlumatlar verdiyi, rus diplomatlarla tez-tez əlaqə saxladığı və ayda bir dəfə Moskvaya səfər etdiyi iddia edilir.

14 oktyabr 2015-ci ildə AP Macarıstan Baş Prokurorluğunun tələbi ilə Kovaçın toxunulmazlığını ləğv etdi.

Macarıstan mətbuatında çıxan xəbərlərdə Moskvada yaşayan Kovaçın Moskva Beynəlxalq Münasibətlər İnstitutunda dərs dediyi və Macarıstana qayıtmağı planlaşdırmadığı bildirilir.

Mənbə: news.milli.az