Stoltenberq NATO-nu silah ehtiyatlarını genişləndirməyə çağırdı

NATO Baş katibi Yens Stoltenberq Ukraynada müharibənin təsirləri, müttəfiqlərin imkan və silah ehtiyatları mövzusunda fövqəladə toplantıya çağırıb. AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Stoltenberq NATO-nun silah ehtiyatlarını genişləndirməyin Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcəyini bildirib.

Y.Stoltenberq bunun üçün birgə çalışmağın və müdafiə sənayesinin vacibliyinə diqqət çəkib.

Bundan başqa, toplantıda müttəfiqlərin ehtiyatlarındakı boşluqlar və bunların necə doldurulması ilə bağlı məsələ müzakirə olunub.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar

SONRAKI XƏBƏR

Kataloniya yeni müstəqillik referendumu keçirməyi planlaşdırır