ABŞ-dan Ankara və Afinaya çağırış...

ABŞ-dan Ankara və Afinaya çağırış...<span class="qirmizi"></span>

Türkiyə və Yunanıstan iki önəmli NATO müttəfiqidir və onları potensial gərginliyi azaltmaq üçün dialoqa dəvət edirik.

Bu barədə Pentaqon sözçüsü Patrik Rayder deyib.

O, həmçinin ABŞ-ın Egey dənizində hər hansı təlim keçirmədiyini də əlavə edib.

Qeyd edək ki, rəsmi Ankara Yunanıstanın gərginliyi artıraraq ABŞ istehsalı zirehli texnikalarla Egeydəki adalarda təlim keçirdiyini açıqlamışdı.

Mənbə: axar.az