İranın keçmiş prezidentinin qızı saxlanıldı

İranın keçmiş prezidentinin qızı saxlanıldı<span class="qirmizi"></span>

İranın keçmiş prezidenti Haşemi Rəfsəncaninin qızı Faezə Rəfsəncani tutulub.

Məlumata görə, o, bir müddət öncə hakimiyyətə xoş olmayan ifadələr işlədib.

“Atam da lider olsaydı, bir müddətdən sonra diktatora çevrilərdi”, - xanım Rəfsəncani bildirib.

Onun Tehranın şərqində saxlanıldığı qeyd olunub.

Mənbə: www.oxu.az