Rusiyalı deputat: “Azərbaycan Qarabağda tarixi ədalətin bərpası səhifəsini çevirib”

Rusiyalı deputat: “Azərbaycan Qarabağda tarixi ədalətin bərpası səhifəsini çevirib”<span class="qirmizi"></span>

“Azərbaycanın iki il əvvəl vərəqlədiyi səhifə tarixi ədalətin bərpası, qanla suvarılan səhifə idi”.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Dövlət Dumasının deputatı Oleq Şeyn deyib.

Deputat müasir dövrün verdiyi dərslərdən danışıb: “Müasirlik dərsləri sülhün əhəmiyyətindən danışır ki, qonşularınla ​​mehribansansa, onlara dəyər verirsənsə, onlarla harmoniyadasansa, deməli, düzgün mövqe tutursan. Ona görə ki, qarşıdurma onun öz ölkəsinin ziyanına olan strateji nəticəyə gətirib çıxarır və düşünürəm ki, Zaqafqaziya tarixi bunu aydın şəkildə təsdiqləyir”, - o vurğulayıb.

Şeyn Qarabağın Ermənistan tərəfindən dağıdılmış ərazilərinin Azərbaycan tərəfindən bərpasını yüksək qiymətləndirib: "Mən səfirin dəvəti ilə Qarabağda olmuşam. Azərbaycanın bu gün gördüyü böyük işləri və infrastrukturun, yollar bərpa olunmasını, insanların tezliklə öz evlərinə qayıda bilmələri inanılmaz tempi yüksək qiymətləndirə bildim”.

Mənbə: report.az