"Saxta referendum. Saxta nəticələr. Biz də tanımırıq"

"Saxta referendum. Saxta nəticələr. Biz də tanımırıq"<span class="qirmizi"></span>

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı keçirilən seçkilərə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Şarl Mişel "Twitter" səhifəsində paylaşım edib.

O, keçirilən "referendumların" nəticələrini tanımadığını bildirib.

"Saxta referendum. Saxta nəticələr. Biz də tanımırıq", - deyə o, bildirib.

Sentyabrın 23-dən 27-dək Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində bu vilayətlərin Rusiya Federasiyasının subyektləri kimi Rusiyanın tərkibinə daxil olması ilə bağlı "referendumlar" keçirilib.

Rusiya KİV-lərinin məlumatına görə, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi ən azı 87% təşkil edib.

Mənbə: news.milli.az