Rusiya yeni əsgərləri bu halda cəbhəyə yollayacaq

Rus komandirləri yeni əsgərləri öyrətməkdə çətinlik çəkəcək. Ola bilsin ki, bu yeni əsgərlər yüngül zirehli birləşmələrdə, motoatıcı dəstələrdə iştirak etsinlər. Yeni əsgərlərin hücumdan çox müdafiə üçün istifadə ediləcəyi gözlənilir.

Bunu ukraynalı təhlükəsizlik siyasəti üzrə ekspert Mixayıl Kofman Rusiyada qismən səfərbərlik elan edilməsini şərh edərkən deyib.

O qeyd edib ki, bu əsgərlər arzu olunan səviyyəyə çatsa, cəbhənin ən uc xəttində də döyüşə bilərlər.

Kofman hesab edir ki, ruslar artıq döyüş meydanında ən yaxşı hərbi personal və texnikadan istifadə edirlər.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

EBRD Azərbaycan iqtisadiyyatının bu il 4,5 % böyüyəcəyini proqnozlaşdırır

SONRAKI XƏBƏR

Zahid Oruc: "Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır"