Zahid Oruc: "Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır"

Zahid Oruc: "Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır"<span class="qirmizi"></span>

"Ölkənin beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır. Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun Vətən müharibəsinin ikinci ildönümündə keçirilməsi mühüm hadisədir".

"Report" xəbər verir ki, bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan öz müstəqilliyini Vətən müharibəsində hərb meydanında yenidən qazandı:

"Vətən müharibəsi dünyadakı bütün savaşların ədalətlə başa çatmasını göstərən unikal nümunədir".

Deputatın fikrincə, Azərbaycanda analitik mərkəzlərin yaranması 2000-ci illərdən formalaşmağa başlayıb:

"Bu, forum mühüm platformadır. Azərbaycanda beyin mərkəzlərinin kəmiyyət artımını keyfiyyət müstəvisinə çıxarmaq lazımdır. Ona görə də beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır".

Mənbə: report.az