Gorus və Qafandakı terror yuvaları təcili nəzarətə götürülməlidir - Ermənilər yenidən...

Fransa MN sərhəddəki vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərmək qərarına gəlib. Digər yandan ABŞ rəsmiləri delimitasiya aparılmadığı təqdirdə, rəsmi Bakı ilə İrəvan arasında sərhədlərin təyin olunmadığına baxmayaraq yenidən Azərbaycanı Ermənistan ərazisinə girməkdə təqsirli bilərək, ordumuzun təcili geri - əvvəlki mövqelərinə (Sərhəddə ermənilərin törətdiyi 12-13 sentyabr təxribatlarından öncəki - red.) çəkilməsi ilə bağlı bəyanatlar səsləndirməkdə davam edirlər.

Rusiyanın Xerson uğursuzluğundan sonra Ermənistan artıq demək olar ki, Qərbin açıq himayəsinə keçib. Belə olan halda Azərbaycana qarşı revanş cəhdlərinin artacağı isə istisna edilmir.

Bəs təhlükəsizliyimizin təmin olunması üçün Azərbaycan hansı təcili tədbirləri həyata keçirməlidir?

Bu məsələyə  açıqlamasında "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu aydınlıq gətirib:

"Ermənistan Fransanın, ABŞ-ın və Rusiyanın vassalı və torpaqlarımıza müəyyən məqsədlər üçün yerləşdirilmiş bir alətidir. Ermənistanın vaxtaşırı olaraq gah Qərbə, gah da Rusiyaya yönlənməsi tarix boyunca müşahidə etdiyimiz bir ssenaridir.

Ortada bir gerçək var: Azərbaycan ərazilərinə dövlət olaraq yerləşdirilməyə çalışılmış Ermənistan bir terror dövlətidir və bu dövlətin birmənalı olaraq davamlı Azərbaycanın ərazi bütövlüyünə qarşı cəhdlər edəcəyi qaçılmazdır. Çünki onun təyinatı budur.

Bu səbəbdən Azərbaycan artan təzyiqlərə baxmayaraq, - bənzər təhdidlər Vətən müharibəsi zamanı da oldu, - öz ərazi bütövlüyü çərçivəsində antiterror əməliyyatlarına davam etməli və hüquqi olaraq varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xəritəsinə müvafiq olaraq sərhədlərini təktərəfli də olsa delimitasiya etməlidir.

Buna qarşı etirazlar, təhdidlər, sanksiyalar gözləniləndir. Amma digər tərəfdən biz bunu etməsək də ölkəmizə qarşı ən böyük təhdid sayılacaq terror aktlarının ardı kəsilməyəcək. Terrorizmin qarşısını almağın tək yolu terror yuvalarını darmadağın etməkdir".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Fatmayıda evdən 35 000 manatlıq qızıl oğurlanıb

SONRAKI XƏBƏR

Alev Kılıç: “Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir”