Azərbaycan universitetlərinin beynəlxalq təhsil şəbəkəsinə qoşulması təklif edilir

Azərbaycan universitetlərinin beynəlxalq təhsil şəbəkəsinə qoşulması təklif edilir<span class="qirmizi"></span>

Azərbaycan universitetlərinin beynəlxalq təhsil şəbəkəsinə qoşulması təklif edilir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransının (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimində çıxış edən GEANT Assosiasiyasının Baş direktoru Erik Hayzer deyib.

E.Hayzerin sözlərinə görə, "Eduroam" adlanan layihəyə qoşulmaqla universitetlər özlərini tanıda bilər: "Bu həmçinin Azərbaycanın elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açır".

O, Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirdi.

E.Hayzer konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını diqqətə çatdırdı.

Mənbə: report.az