Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanda rəsmi səfərdədir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanda rəsmi səfərdədir<span class="qirmizi"></span>

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Mənbə: report.az