Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb<span class="qirmizi"></span>

Azərbaycanın beş MMA döyüşçüsü Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında medal qazanıb.

"Report"un məlumatına görə, 56 kq çəki dərəcəsində çıxış edən Yusif Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

83 kq-da yer alan Fərman Həsənov ikinci yerin tutub. 56 kq da Nicat Xankişiyev, 61 kq-da Tahirə Babayeva və 70 kq-da İmran Abbasquliyev isə 3-cü yeri tutublar.

Mənbə: report.az