Səfərbərliyə alınan rusların ilk qrupu öldürüldü - VİDEO

Səfərbərliyə alınan rusların ilk qrupu öldürüldü -  VİDEO<span class="qirmizi"></span>

Rusiyanın səfərbərliyə alaraq orduya cəlb etdiyi vətəndaşların bir qrupu artıq Ukraynadakı döyüşlərdə öldürülüb.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, qeyri-peşəkar hərbçi olduqları ilk anlardan üzə çıxan qrup yerindəcə məhv edilib.

Ukraynalı zabit Yuri Koçevenko isə meyitləri videoya çəkərək rus analara səslənib. O, hərbi komissarlıqlara axmaq adamlar kimi tələsənlərin sonunun necə olduğunu göstərib.

Tural Tağıyev

Mənbə: azvision.az