Rusiya XİN: "KTMT-nin əsassız tənqidi konstruktiv iş üçün faydalı deyil"

Rusiya XİN: "KTMT-nin əsassız tənqidi konstruktiv iş üçün faydalı deyil"<span class="qirmizi"></span>

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi siyasətçilər tərəfindən əsassız tənqid olunması konstruktiv iş üçün faydalı deyil".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, İrəvanın KTMT təlimlərində iştirak etməməsi mövcud vəziyyətlə əlaqədardır.

“İrəvanın bu il KTMT-nin Qazaxıstandakı birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent göndərməmək qərarı hazırkı vəziyyətlə bağlıdır", - Zaxarova deyib.

Mənbə: report.az