Tokayev rusların Qazaxıstana kütləvi axını ilə bağlı göstəriş verdi


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev rusların ölkəyə kütləvi şəkildə gəlməsi fonunda daxili işlər orqanlarına təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, nu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, daxili işlər naziri Marat Axmetjanov Tokayevlə görüşü zamanı yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə dövlət başçısına məruzə edib.
"Görüşdən sonra prezident ölkədə asayişin və ictimai təhlükəsizliyin səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən səmərəli miqrasiya nəzarətinin həyata keçirilməsi ilə bağlı bir sıra tapşırıqlar verib", - deyə bildirilib.
 

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Vəkil 4 banka 4,4 milyon "atdı"

SONRAKI XƏBƏR

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var