Rusiyadakı İtaliya vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunub

İtaliyanın Moskvadakı səfirliyi ölkədə qalma zərurəti olmayan həmvətənlərinə Rusiyanı tərk etməyi tövsiyə edib. AzVision.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda bildirilib.

“Beynəlxalq aləmdə baş verən son hadisələr və Rusiya ilə hava və yol əlaqəsi ilə bağlı artan çətinliklərlə əlaqədar buradakı həmvətənlərin qalma zərurəti yoxdursa, ölkəni tərk etmələri tövsiyə olunur", mətndə deyilir.

Aytən Zəhra
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Almaniyalı deputatlar oktyabrın əvvəlində Tayvana səfər edəcək

SONRAKI XƏBƏR

İtkin əsgərin atası: “Oğluma əsl Bakı toyu edəcəkdim” - VİDEO