Minsk Abxaziyanın "müstəqilliyini" tanıyıb? - Peskov açıqladı

Minsk Abxaziyanın "müstəqilliyini" tanıyıb? - Peskov açıqladı<span class="qirmizi"></span>

Rusiya Prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə Abxaziyanın Minsk tərəfindən tanınması məsələsini müzakirə etməyiblər.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Bu, tamamilə daxili məsələdir, Belarusun suveren hüququdur və biz gözləyirik ki, belaruslu yoldaşlarımız müstəqil şəkildə və onlar üçün vaxtında müvafiq qərar qəbul edəcəklər", - Peskov əlavə edib.

O qeyd edib ki, bu kontekstdə Krımın tanınması barədə də söhbət getməyib.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz səfər edib. Lukaşenko Abxaziyanın qondarma rəhbəri Aslan Bjaniya ilə Picvintalı bağ evində görüşüb.

Lukaşenkonun bu səfəri rəsmi Tiflisin ciddi etirazı ilə qarşılanıb.

Mənbə: axar.az