"Rusiya bizə silahı hətta pulsuz verirdi" - Akopyandan Paşinyana cavab

"Vaxtilə Rusiya bizə yaxşı silahlar satıb. Özü də böyük məmnuniyyətlə. Nəyinki satıb, hətta pulsuz verib. Amma son illər niyə satmır, bunu Paşinyandan soruşun".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş İdarəsinin keçmiş rəisi Movses Akopyan "Maktinfo" saytına baş nazir Nikol Paşinyanın "Azərbaycan müxtəlif ölkələrin, hətta müttəfiqimizin Ermənistana silah verməsinin qarşısını almağa çalışır" fikirlərinə münasibət bildirərkən qeyd edib.

Paşinyan qeyd edib ki, elə hallar olub ki, silah alışına 100 milyon dollar ödənilib, lakin hətta müttəfiq ölkələr tərəfindən öhdəliklər yerinə yetirilməyib.

Akopyana görə, ölkələr münasibətləri və güvəndikləri siyasi qüvvələrə silah satırlar.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə DANIŞDI

SONRAKI XƏBƏR

Rus ordusu mühasirəyə alınır - Bu həmlə həlledici olacaq