Ərdoğanla Putin Ukrayna müharibəsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Noyabrda başa çatacaq mexanizmin uzadılmasının ortaq maraq olduğunu bildirən Türkiyə Prezidenti Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işləri davam etdirdiklərini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Rusiya Prezidentindən danışıqlara şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Müdafiə Nazirliyinin zabitləri ABŞ-da görüşlər keçirib

SONRAKI XƏBƏR

Qazaxıstanda ruslar saatlarla növbə gözləyirlər