"Səfərbərlikdə buraxılan səhvlər aradan qaldırılmalıdır" - Putin

"Səfərbərlikdə buraxılan səhvlər aradan qaldırılmalıdır" -  <span class="qirmizi">Putin</span>

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə ölkədəki qismən səfərbərlik məsələsini müzakirə edib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident səfərbərlik zamanı buraxılan bütün səhvlərin aradan qaldırılmasını tələb edib.

Onun sözlərinə görə, çağırışın özünün təşkili, təchizatın keyfiyyəti, məişət şəraiti və digər məsələlərlə bağlı vətəndaşlardan şikayətlər var:

“Bütün səhvləri düzəltmək və gələcəkdə onlara yol verməmək lazımdır”, - deyən dövlət başçısı əlavə edib ki, səhvlər təlaşsız, sakit, lakin tez, ətraflı və hərtərəfli şəkildə düzəldilməlidir.

Prezident həmçinin bildirib ki, səfərbər olan vətəndaşlar əlavə təlim keçməlidirlər.

"Bu cür koordinasiya, insanların təlimi ciddi şəkildə yerinə yetirilməli olan tələbdir”, - Putin vurğulayıb.

Mənbə: azvision.az