Rusiyada son 10 gündə evlənənlərin sayı 6 dəfə artdı

Rusiyada son 10 gündə evlənənlərin sayı 6 dəfə artdı<span class="qirmizi"></span>

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra rəsmi nikaha girənlərin sayı kəskin artıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“İnterfaks” Amur vilayətində bu rəqəmin 4 dəfəyə qədər artdığını bildirir. Bəzi vilayətlərdə isə səfərbərlik elanından sonra nikaha girənlərin sayı 6 dəfədən çox artıb.

Ekspert Natiq Cəfərli hesab edir ki, bunun səbəbi Ukraynada həlak olanların ailəsinə Rusiya dövlətinin pul ödənişidir:

“Rusiya regional hakimiyyəti Ukraynada həlak olanların ailəsinə 3 milyon rubl ödəyir, son evlilik artımının səbəbi də məhz budur. İnsanlar düşünür ki, ölsələr, heç olmasa illərdir birgə, amma qeydiyyatsız yaşadıqları xanımları pul ala bilsinlər. Ordan sağ qayıdacaqlarına ümidləri azdır...”

Mənbə: axar.az