Çavuşoğlu: Alman nazir yersiz açıqlamalar verirdi!

Çavuşoğlu: Alman nazir yersiz açıqlamalar verirdi!<span class="qirmizi"></span>

Sonuncu dəfə alman nazirlə (Annalena Berbok –red.) təkbətək görüş yaxşı görüş olmadı.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bəzi həmsöhbətlərimiz daxili siyasətə mesaj vermək üçün media qarşısında yerli-yersiz açıqlamalar verirlər. Təbii ki, hər kəsin mövqeyinə hörmətimiz var. Türkiyə xarici işlər naziri olaraq bütün bunlara cavab verməyimiz gərəkdir. Sonuncu dəfə alman nazirlə İstanbuldakı görüş yaxşı görüş olmadı. Çünki tamamilə yunan tezislərini müdafiə edən, Türkiyənin suverenliyini şübhə altına qoyan mövqe sərgilədi. Biz də lazımi dərsi verdik. Media konfransında reallıqları ortaya qoyduq”, - deyə XİN rəhbəri bildirib.

Mənbə: axar.az