Alimentdən xaricdə də yayınmaq olmayacaq - VİDEO

Milli Məclis “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıldı. Konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur.

Bu məsələdə Azərbaycan üçün yalnız Ermənistan istisna təşkil edir.

Məsələ ətrafında müzakirələr zamanı millət vəkili Siyavuş Novruzov dedi ki, deputatların bir çoxuna daxil olan müraciətlərin 20 %-i alimentlərlə bağlıdır. O, alimentlə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif etdi.

Deputatlar xaricə köçüb aliment ödəməkdən yayınan valideynlərdən də danışdılar.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

REAL

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Litva Ukrayna üçün kamikadze dronlar alır

SONRAKI XƏBƏR

4 region Rusiyaya birləşdirildi: sazişlər imzalandı - Video