Volodimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasını toplayıb

Volodimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasını  toplayıb<span class="qirmizi"></span>

Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib.

Bu barədə dövlət başçısının ofisindən bildirilib.

Toplantıda müzakirə olunan məsələlər açıqlanmayıb.

Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov iclasdan sonra deyib ki, Ukrayna üçün vacib və fundamental qərarlar qəbul olunub və onlar ictimaiyyətə açıqlanacaq.

Mənbə: report.az