“Şimal axını”nda partlayışlar sualtı dronlarla həyata keçirilib? - VİDEO

“Şimal axını”nda partlayışlar sualtı dronlarla həyata keçirilib?  -  <span class="qirmizi"> VİDEO</span>

Polşa televiziyası “Şimal axını”nda partlayışın necə baş verdiyini əks etdirən kompüter versiyasını yayımlayıb. Kadrlarda kəmərin üç sualtı dron vasitəsilə partladıldığı görünür.

Xatırladaq ki, sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda - “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində sızma qeydə alınıb. İsveç hökuməti bir gün sonra hadisənin təxribat ola biləcəyini elan etdi. Sentyabrın 30-da Danimarka da kəmərdə ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verdiyini elan etdi.

Mənbə: www.oxu.az