Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

Kanada hökuməti Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq istəyini dəstəkləyir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz NATO-nun açıq qapı siyasətinə inanırıq və NATO-da həmişə Ukraynanın yanında olmuşuq. Hesab edirik ki, Ukrayna NATO-nun bir hissəsi olmalıdır", - nazir vurğulayıb.

Coli, həmçinin bildirib ki, Ottava Kiyevi silahla təmin etməyə və Ukrayna qoşunlarına təlim keçməyə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıqda davam edəcək.

Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Baydendən Rusiyanın anneksiya qərarına reaksiya...

SONRAKI XƏBƏR

İranda 9 xarici ölkə vətəndaşı həbs edilib