Putin “ilhaq gedişi” ilə nəyə nail oldu?

Putin Ukraynanın işğal etdiyi 4 bölgəsini – Donetsk, Luqansk, Zaporojye və Xersonu Rusiyaya birləşdirdi.

Bu, ilk növbədə mümkün Rusiya-Ukrayna danışıqlarının sıradan çıxarılması deməkdir. Təkcə ona görə yox ki, Ukrayna torpaqlarını işğal edən Rusiya ilə dialoqu mümkünsüz hala gətirir, həm də Rusiya Konstitusiyasına görə, bu ölkənin əraziləri müzakirə mövzusu ola bilməz: ilhaq edilən ərazilər də Rusiya qanunları ilə bu ölkənin “ərazisi” hesab edilir.

Bununla mümkün danışıqlar yalnız iki halda ola bilər:

- Ukrayna Krım da daxil olmaqla, ilhaq edilən ərazilərinin azad edilməsi məsələsinin müzakirə edildiyi masaya gələ bilər;

- Rusiya ilhaq edilən ərazilərin tanınması və Kiyevin “təslim olması” şərtlərini müzakirə edə bilər.

Hər iki versiyanın reallaşma ehtimalı çox azdır və belə görünür ki, danışıqlar masasının qurulması yalnız tərəflərdən birinin tam məğlubiyyətə uğradığı halda mümkündür.

Və beləliklə, müharibə sonu görünməyən mərhələyə keçir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Sulfat turşusu ilə qızının üzünü yandırdığı iddia olunan ata: “Şər ataraq vəziyyətdən çıxmaq istəyib” - VİDEO

SONRAKI XƏBƏR

Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"