Baydendən Rusiyanın anneksiya qərarına reaksiya...

Birləşmiş Ştatlar Ukraynanın bütün ərazisi üzərində nəzarəti bərpa etməkdə ona dəstəyini davam etdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdləri ilə bağlı bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Rusiyanın suveren Ukrayna ərazisini ilhaq etmək üçün bugünkü saxtakarlıq cəhdini pisləyir. Rusiya beynəlxalq hüququ pozur, BMT Nizamnaməsini pozur və sülhsevər xalqlara hörmətsizliyini hər yerdə nümayiş etdirir", - Ağ Evin rəhbəri bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Putin “ilhaq gedişi” ilə nəyə nail oldu?

SONRAKI XƏBƏR

Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir