Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, teleqüllə Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri ilə əlaqədar Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, sabah Tbilisidə “Tbilisoba” şəhər bayramı keçiriləcək. Eldar Əzizov bayram tədbirlərində iştirak edəcək.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə yaşayan qızını görmək üçün sərhədi qanunsuz keçmək istəyən qadının cəzası məlum oldu

SONRAKI XƏBƏR

Paşinyan: Ermənistan KTMT üçün qırmızı xətlərin haradan keçdiyini bilmək istəyir