Paşinyandan Ərdoğanla görüş barədə - Açıqlama

Paşinyandan Ərdoğanla görüş barədə - <span class="qirmizi">Açıqlama</span>

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Praqada görüşəcəyini istisna etməyib, lakin bu görüşün təsdiqlənmədiyini əlavə edib. "Biz belə bir görüşü istisna etməmişik, lakin bu, onun baş tutacağı anlamına gəlmir. Bu, bir çox hallardan asılıdır... Mən görüşü istisna etmirəm, lakin bu, hələ ki, təsdiqini tapmayıb", - Paşinyan Ermənistan ictimai televiziyasına müsahibəsində deyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla oktyabrın əvvəlində Praqada görüşə biləcəyini bildirmişdi.

 

Mənbə: azvision.az