NATO: Qapımız Ukraynaya açıqdır, amma...

NATO: Qapımız Ukraynaya açıqdır, amma...<span class="qirmizi"></span>

Alyansın qapıları Ukrayna üçün açıqdır, lakin indi onu Rusiyanın genişmiqyaslı müdaxiləsindən qorumağa diqqətimizi yönəltmişik.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

“Avropada istənilən demokratik dövlətin NATO üzvlüyü ilə bağlı müraciət haqqı var və alyans müttəfiqləri buna hörmət edir. Hər zaman demişik ki, NATO qapıları açıq olaraq qalır.

Üzvlüklə bağlı qərar alyansın 30 üzvünün hamısı tərəfindən qəbul edilməlidir və biz belə qərarı konsensusla qəbul edirik”, - deyə o bildirib.

Mənbə: axar.az