"Qələbə bizim olacaq" - Putin

"Rusiya yeni əraziləri dəstəkləmək və onların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin bildirib. Ukraynaya məxsus 4 bölgənin Rusiyaya birləşdirilməsi münasibətilə keçirilən konsert-mitinqdə çıxışı zamanı o, həmin əraziləri Rusiyanın tarixi torpaqları adlandırıb.

"Biz Zaporojyedə, Xersonda, Donetskdə və Luqanskda qardaş və bacılarımızı dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu ərazilərdə təhlükəsizliyi təmin etmək və bu insanlar üçün təhlükəsizlik səviyyəsini artırmaq üçün hər şeyi edəcəyik" , - deyə Putin bildirib.

Putin ilhaq edilmiş ərazilərdə iqtisadiyyatı və infrastrukturu bərpa edəcəyinə söz verib və çıxışını, "Qələbə bizim olacaq" - sözləri ilə bitirib.

"Biz birlikdə olduğumuz üçün gücləndik. Bizimlə həqiqət, həqiqətdə isə güc var. Deməli, qələbə bizim olacaq!", - Putin qeyd edib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağda torpaq kadastrı işləri aparılır - VİDEO

SONRAKI XƏBƏR

Bayden “Şimal axını”nın partladılmasını təxribat adlandırdı