Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoydu

Rusiya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoydu<span class="qirmizi"></span>

Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Donbass, Xerson və Zaporojye vilayətlərində keçirilən referendumları pisləyən qətnamənin qəbuluna mane olub. Beləliklə, qətnamə qəbul edilməyib. ABŞ-ın təklif etdiyi sənədin lehinə Albaniya, Böyük Britaniya, Qana, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Fransa səs verib. Braziliya, Qabon, Hindistan və Çin səsvermədə bitərəf qalıb.

Şahanə Rəhimli
 

Mənbə: azvision.az