Rusiya bu gün özünə neçə min kv.km ərazi birləşdirdi?

Rusiya bu gün özünə neçə min kv.km ərazi birləşdirdi?<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə birləşdirib.

Xerson 28,461, Zaporojye 27,180, Donetsk 26,517, Luqansk vilayəti isə 26,684 kv.km əraziyə malikdir.

Beləliklə, Rusiya bu gün verdiyi qərarla Ukraynaya məxsus 108,842 kv.km ərazini sərhədləri daxilinə qatıb.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın özünə birləşdirdiyi Krım yarımadasının sahəsi 26,1 min kv.km-dir.

Ukraynanın ərazisinin 603,7 min kv.km olduğunu nəzərə alsaq, belə məlum olur ki, Krım da daxil olmaqla, Rusiya Ukraynanın 22,4 faiz ərazisini özünə birləşdirib.

Rusiyanın öz ərazisi isə 17,1 milyon kv.km-dir və dünyanın ərazi baxımından ən böyük dövlətidir.

Mənbə: axar.az