Türkiyə ilk elektromobilin kütləvi istehsalına başlayır

Türkiyə ilk elektromobilin kütləvi istehsalına başlayır<span class="qirmizi"></span>

Türkiyə elektrikli avtomobillərin istehsalına başlayır. AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən deyib. O bildirib ki, yeni avtomobillərin istehsalına 29 oktyabrdan başlanılır.

Ərdoğan həmçinin bildirib ki, alıcılıq qabiliyyəti paritetinə görə Türkiyə 2021-ci ildə dünyanın 11-ci, Avropanın isə 4-cü ən böyük iqtisadiyyatına çevrilib.

 

Mənbə: azvision.az