Nensi Pelosi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmədi

 

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı fikrini bildirib.

Pelosi Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynanın NATO-ya üzvlüyünün sürətləndirilməsi müraciətini açıq şəkildə dəstəkləməyib.

“Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirsinizmi?” sualına Pelosi birmənalı şəkildə müraciəti dəstəkləmədiyini bildirib. Lakin Kiyev üçün təhlükəsizlik təminatlarının tərəfdarı olduğunu qeyd edib.

“Biz Ukraynada demokratiyaya çox sadiqik. Gəlin, əvvəlcə bu müharibədə qalib gələk. Amma mən onların təhlükəsizlik zəmanətlərinin olmasının tərəfdarıyam”, - deyə Pelosi bildirib.

Mənbə: ZN.ua

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynanın yer üzündən silinmiş kəndindən Baku TV-nin reportajı - VİDEO

SONRAKI XƏBƏR

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub