Ərdoğan: “Azərbaycanın qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”

 

“Can Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

O qeyd edib ki, yaranmış yeni vəziyyətin regionda davamlı sülhə şərait yaratması üçün Türkiyə üzərinə düşəni edir:

“Biz Ermənistanla münasibətlərimizi yeni səviyyəyə qaldırmaq iradəmizi nümayiş etdirmişik. Ermənistan ona verilən sülh fürsətini yaxşı dəyərləndirməlidir. Ola bilsin ki, Praqa sammitində Paşinyanla görüş olsun”.

Mənbə: Haber Global

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bu qida məhsullarını alanların sayı azalıb - VİDEO

SONRAKI XƏBƏR

İranda hicabsız küçəyə çıxanların sayı artmaqdadır