Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini qeyd edib

Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini qeyd edib<span class="qirmizi"></span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada görüşə biləcəyini qeyd edib.

Bu barədə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə yeni şərait yaranıb:

“Can Azərbaycana olan dəstəyimiz Şuşa bəyannaməsi üzrə çox əhəmiyyətli və əbədidir. Cənubi Qafqazada can Azəbaycanın qələbəsindən sonra bölgədə davamlı sülh üçün bir ümid işığı doğub”.

Ərdoğan bölgədə davamlı sülh üçün Ermənistanla əlaqələrimizdə yeni bir əməkdaşlığı ortaya qoyduqlarını vurğulayıb: "Ermənistan regiondakı barış üçün yaranmış şəraiti yaxşı dəyərləndirməlidir".

Mənbə: report.az