Polşa və Fransa XİN başçıları Azərbaycan-Ermənistan sərhədinə ATƏT missiyasının göndərilməsini müzakirə ediblər

Polşa və Fransa XİN başçıları Azərbaycan-Ermənistan sərhədinə ATƏT missiyasının göndərilməsini müzakirə ediblər<span class="qirmizi"></span>

ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, - Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

Mənbə: report.az