“İstifadə edib atacaqlar” – Mariya Zaxarova

"Qərb Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinin NATO-ya sürətləndirilmiş prosedurla üzvlük müraciətini rədd etməklə, onu istifadə edib atmağa hazır olduğunu nümayiş etdirir".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Qərbin bir nömrəli qaydası budur ki, əgər sizi hətta baha qiymətə alıblarsa, bu o demək deyil ki, istifadədən sonra sizi atmaq olmaz", - rusiyalı diplomat bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski dünən ölkəsinin sürətləndirilmiş prosedurla NATO-ya üzv edilməsi üçün alyansa müraciət edib. O, bu qərarını Ukraynanın dörd bölgəsinin (Luqansk, Zaporoje, Xerson və Donetsk) Rusiyaya ilhaq edilməsindən sonra açıqlayıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İspaniyada elmi təcrübə zamanı partlayış baş verdi: xeyli sayda yaralanan var - VİDEO

SONRAKI XƏBƏR

Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini qeyd edib