Ukraynanın sanksiya siyahısına Rusiyanın 3,6 mindən çox vətəndaşı daxil edilib

Ukraynanın sanksiya siyahısına Rusiyanın 3,6 mindən çox vətəndaşı daxil edilib<span class="qirmizi"></span>

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkə rəhbərliyinə tövsiyə etdiyi məhdudlaşdırıcı tədbirlər Rusiyanın 3 600-dən çox vətəndaşına şamil edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, bu siyahıya Rusiyanın ali rəhbərliyinin nümayəndələri, o cümlədən onların qohumları və yaxın ətrafı, Silahlı Qüvvələrin komandanlığı, regional liderlər, iri sahibkarlar və sənət adamları daxildir. Ukrayna ərazisindəki "referendum"u izləyən beynəlxalq müşahidəçilərə də məhdudiyyətlər qoyulub.

Mənbə: report.az