İranlı ekspert Bakı sakinlərini "sürü" adlandırdı - FOTO

İranlı ekspert Bakı sakinlərini "sürü" adlandırdı - <span class="qirmizi">FOTO</span>

Hər zaman Azərbaycan əleyhinə yazıları ilə gündəmə gələn iranlı ekspert Salar Seyfəddini öz Tvitter hesabında ötən gün İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirən güneyli fəalları aşağılayıb.

Milli.Az bildirir ki, o yazıb: "Dünənə qədər İranın "İmdad" yardım komitəsindən ərzaq yardımı alanlar İraqın şimalındakı terrorçuların mövqelərinin bombalanmasından (SEPAH tərəfindən) bir gün sonra İran səfirliyi qarşısında zəncirləri qıraraq "İrana ölüm" şüarları səsləndiriblər.

Bu kiçik sürü İran makaronu, buğdası və duzu ilə böyüyənlərdir, lakin onların həqarət kompleksi hərdən qabarır".

Ekspert habelə paylaşdığı postun altında "#Syunik" sözü yazıb.

Mənbə: news.milli.az