İnozemtsevdən TƏKLİF: "Putin harada tapılsa..."

İnozemtsevdən TƏKLİF: "Putin harada tapılsa..."<span class="qirmizi"></span>

"Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən və Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdindən yeddi ay sonra Rusiya prezidenti Vladimir Putinin qarşısını ancaq Qərbin onu məhv etmək istəyi dayandıra bilər".

Paralel.az xəbər verir ki, bunu Rusiyalı iqtisadçı Vladislav İnozemtsev deyib.

Ekspert qeyd edib ki, Qərbin Ukraynaya sülhməramlı qoşun göndərməsi ehtimalı son dərəcə azdır:

"Düşünmürəm ki, hətta bu halda (nüvə təhlükəsi - red.) Qərb Ukraynaya öz silahlı qüvvələrini yerləşdirmək və ya cavab zərbələri endirmək riskinə girəcək. Rusiyanın daha böyük təcrid olunması ilə ümumi tendensiya eyni qalacaq".

İnozemtsev əmindir ki, Qərbin Putinin sıradan çıxarılacağı barədə açıqlaması rus diktatorunu dayandıra bilər.

"Putin yalnız bütün Qərb liderlərinin nüvə silahından istifadə ediləcəyi təqdirdə terrorçu elan ediləcəyi və harada tapılsa, öldürüləcəyi barədə açıq bəyanatına qulaq asa bilərdi. Bu onu ayılda bilər, amma başqa heç nə", ekspert vurğulayıb.(publika.az)

Mənbə: paralel.az