Ukraynadan nüvə müharibəsi ilə bağlı çağırış

Ukraynadan nüvə müharibəsi ilə bağlı çağırış<span class="qirmizi"></span>

Nüvə şantajına dünyanı sərt reaksiya verməyə çağırıram. Əks halda, milyonlarla qurbanı olan nüvə müharibələri olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

O, diqqəti bir gün əvvəl Kremlin Ukrayna ərazilərində "referendumlar" keçirməsinə və onların nəticələrini tanımasına yönəldir.

Andrey Yermak deyib ki, Ukraynada döyüş meydanında uduzan Rusiya Ukrayna dövlətini öz xalqı və torpağı uğrunda mübarizədən əl çəkməyə məcbur etmək üçün nüvə zərbələri ilə hədələməyə başlayıb.

Mənbə: axar.az