Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırıb

Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırıb<span class="qirmizi"></span>

Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Polşa xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin mətbuat katibi Stanislav Jarin bildirib.

Jarin deyib ki, Polşa sərhədi Avropada ən çox qorunan sərhəddir.

Mətbuat katibi əlavə edib ki, hazırda baryerdə elektron hərəkət sensorları və müşahidə kameraları quraşdırılır.

Bildirilib ki, sərhədboyu 180 km-dən uzun və 5 metr hündürlüyündə olan hasarın texniki avadanlıqla birlikdə təxminən 400 milyon dollara başa gəlib.

Mənbə: report.az