Livanla İsrail dəniz sərhədlərinin demarkasiyası ilə bağlı razılığa gəlib

Livanla İsrail dəniz sərhədlərinin demarkasiyası ilə bağlı razılığa gəlib<span class="qirmizi"></span>

Livan və İsrail arasında dəniz sərhədlərinin demarkasiyası üzrə razılaşma əldə olunub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livan parlamentinin sədri Nəbih Berri Beyrutda ABŞ səfiri ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, saziş 2020-ci ildən etibarən ikitərəfli niyyət memorandumunda nəzərdə tutulduğu kimi Naqoura sərhəd-keçid məntəqəsində imzalanacaq.

Parlament sədri əlavə edib ki, bu addım dəniz şelfində yerləşən neft-qaz yataqlarına mülkiyyət hüququ ilə bağlı sərhəd mübahisəsinin həllinə kömək edəcək.

Qeyd edək ki, Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.

Mənbə: report.az