Zelenskidən 9 ölkəyə təşəkkür...

Ukrayna Prezidenti Vladimir Zelenski Mərkəzi və Şərqi Avropanın 9 ölkəsinin liderinə Ukraynanın NATO-ya üzv olmaq səylərini dəstəklədiklərinə görə təşəkkür edib.

Bu barədə dövlət başçısı Tvitter səhifəsində məlumat yayıb.

“Mən bizim mehriban qonşularımıza - Mərkəzi və Şərqi Avropa ölkələrinə Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiklərinə və Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdini pislədikləri üçün səmimi minnətdarlığımı bildirirəm”, - deyə Zelenski bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Samir Abasov: "Əhval-ruhiyyəmiz yaxşı deyildi"

SONRAKI XƏBƏR

Ağadadaş Ağayevin oğlunun toyudur - VİDEO