XİN: Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq öhdəliklərinə ciddi yanaşır

XİN: Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq öhdəliklərinə <span class="qirmizi">ciddi yanaşır</span>

“Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Lakin Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün hələ heç bir addım atmayıb”, - XİN sözçüsü vurğulayıb.

Mənbə: report.az