İran İnsan Haqları Təşkilatı: "Etiraz aksiyalarında 141 nəfər ölüb"

“İran İnsan Haqları Təşkilatı” öz hesabatında İranda davam edən etirazlarda azı 141 nəfərin həlak olduğunu, onlardan 52 nəfərinin cümə günü Zahedan şəhərində törədilən qətliamda öldüyünü yazıb. Təşkilatının direktoru Məhmud Əmiri Muqəddəm deyib: “İranda nümayişçilərin öldürülməsi, xüsusilə də Zahedanda baş verən kütləvi qırğın insanlığa qarşı cinayətin bariz nümunəsidir".

Qeyd edək ki, İranda davam edən hökumət əleyhinə etirazlar sentyabrın 16-da "Əxlaq" polisi tərəfindən Məhsa Əmininin öldürülməsi ilə başlayıb və hələ də davam edir.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İrəvan Bakıya bir trilyon dollar ödəməlidir - Kuzio

SONRAKI XƏBƏR

NATO Ukraynaya təhlükəsizlik zəmanəti verməlidir!